"Barselona"nın və İspaniya millisinin yarımmüdafiəçisi Pedri komandanın keçmiş baş məşqçisi Xavi ilə hazırki çalışdırıcı Hans-Diter Flikin intizam sistemi haqqında danışaraq onları müqayisə edib.
Fanat.Az xəbər verir ki, "Sport.es" ulduz futbolçunun dediklərini belə təqdim edib:
“Xavinin vaxtında hansısa futbolçu məşqə 1 dəqiqə belə geciksəydi, 1 min avro cərimə ödəməli idi. Hər sonrakı dəqiqədə bu rəqəm ikiqat artırdı. Flikin özünəməxsus sistemi var. O, daha sərtdir. Oyunçu gecikirsə, növbəti matça əsas heyətdə çıxmayacaq və ya ümumiyyətlə matçda iştirak etməyəcək".
"Barselona" hazırda La Liqanın turnir cədvəlinə başçılıq edir və əzəli rəqibi olan ən yaxın izləyicisi "Real Madrid"i 6 xal qabaqlayır.
Mirağa