ABŞ Prezidenti Co Bayden son prezident seçkilərindən sonra ABŞ-ın seçki sisteminə güvəndiyini bildirib və səlahiyyətləri dinc yolla yeni dövlət başçısına ötürəcəyinə söz verib.
Publika.az xəbər verir ki, onun sözlərindən "Reuters2 agentliyi sitat gətirib.
Amerika lideri səsvermə zamanı ABŞ vətəndaşlarının etdiyi seçimə hörmətlə yanaşdığını vurğulayıb.
"Mən onu (Tramp) əmin etdim ki, bütün administrasiyamı hakimiyyətin dinc və nizamlı keçidi üçün onun komandası ilə işləməyə yönəldəcəyəm", - bayden bildirib.
Bayden əlavə edib ki, Amerika xalqı buna layiqdir.
O, seçkidə uduzan Demokrat namizəd Kamala Harrisə kampaniyası ilə "qürur duymalı olduğunu" söyləyib.