AZ

Ərdoğan Türkiyənin Aİ-yə üzv olmasının bloklanması barədə danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük səylərinin bloklanmasına məntiqli bir izah görmədiyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. 

“Türkiyə kimi bir namizəd ölkənin uzun illərdir Aİ-yə üzvlük prosesinin bloklanmasına məntiqli bir izah yoxdur”,-deyə Ərdoğan Budapeştdə keçirilən Avropa Siyasi İcmasının sammitində vurğulayıb.

O, həmçinin ölkəsinin qitənin rifahı və təhlükəsizliyi üçün əhəmiyyətli töhfə verdiyini xatırladıb. Ərdoğan Aİ-ni Türkiyədə terror təşkilatı kimi tanınan PKK və FETO ilə mübarizədə konkret əməkdaşlığa çağırıb.

Seçilən
41
iqtisadiyyat.az

1Mənbələr