AZ

“Nissan” 9 min işçisini ixtisar edir - İstehsalı 20 faiz azaldır

Yaponiyanın məşhur avtomobil istehsalçısı olan “Nissan Motor” şirkəti istehsal gücünü 20 faiz azaldacaq.

Valyuta.az-ın məlumatına görə, “Nissan Motor” şirkətinin baş direktoru Makoto Uchida bu barədə açıqlama verib. 

O deyib ki, Nissan xərcləri azaltmaq üçün 9000 işçini və istehsal gücünü 20 faiz azaltmağı planlaşdırır: “Qarşıdakı günlərdə şirkət sabit xərcləri 300 milyard yen (2 milyard dollar), dəyişən xərcləri isə 100 milyard yen (650 milyon dollar) azaltmağı hədəfləyir”.

Yapon avtomobil istehsalçısı da bu il ikinci dəfə mənfəət proqnozunu aşağı düşüb. Şirkət cari maliyyə ili üçün mənfəətini əvvəlki illə müqayisədə 500 milyard yendən (3,2 milyard dollar) 150 milyard yenə (976 milyon dollar) düşəcəyini gözləyir.

Sadiq

Seçilən
28
valyuta.az

1Mənbələr