Yaponiyada ilişib qalan “Spectr of the Seas” kruiz gəmisindən olan rus turist bildirib ki, təzminat sərnişinlərə köçürülməyə başlayıb, lakin pul yalnız xarici bankların kartlarına göndərilir.
SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Yaponiyanın Yokohama limanında kruiz gəmisinin sıradan çıxması səbəbindən 500-dən çox rusiyalı turist bloklanıb. Spectrum of The Seas Şanxaya gedirdi və noyabrın 9-da oraya çatmalı idi.Amma nasazlıq səbəbindən gəliş təxirə salındı. Bildirilib ki, bu səbəbdən bir çox turist Çindən Rusiyaya bahalı aviabiletlərdən məhrum olur.
Turistlərdən biri RBC-yə bildirib ki, ruslar gəmini tərk edə bilməzlər, çünki onların Yaponiya vizası yoxdur və ölkə hakimiyyəti güzəştə getmir.
TASS-ın məlumatına görə, Yaponiya hakimiyyəti, əksinə, turistləri yola salmaq üçün dəhliz verməyə hazırdır, lakin kruiz şirkətinin rəhbərliyi itki vermək qorxusu ilə ölkənin şərtləri ilə razılaşmır. Rusiyanın Yaponiyadakı səfirliyindən agentliyə bildiriblər ki, diplomatlar ruslara yardım edir.
Əli Babayev