AZ

Magistral yolda 11 cəsəd: aralarında qadın və uşaqlar da var

Meksikanın cənubunda narkotik kartelinin zorakılığı ilə üzləşən bölgədə polis magistral yola atılmış iki azyaşlı da daxil olmaqla 11nəfərin cəsəd tapıb.

Bakupost.az xəbər verir ki, bu barədə Associated Press Guerrero ştatının prokuroruna istinadən bildirib.

Prokuror ölən iki azyaşlının yaşını açıqlamasalar da, 11 cəsəddən ikisinin qadınlara məxsus olduğunu bildiriblər. Onların tapıldığı magistral həm də Mexiko ilə Akapulko kurortu arasında əsas marşrutdur.

Cəsədlər çərşənbə günü axşam saatlarında polis ştatın paytaxtı Çilpansinqoda əsas magistral yolda tərk edilmiş Pikap haqqında məlumat aldıqdan sonra aşkar edilib.

300.000 əhalisi olan şəhərdə iki rəqib kartel əraziyə nəzarət etmək üçün mübarizə aparır.

Zaur, BakuPost
Seçilən
31
bakupost.az

1Mənbələr