Deyilənə görə ''Qalatasaray'' rəhbərliyi Osimheni daimi əsasda transfer etmək istəyir və bunun üçün sponsorların da dəstəyi ilə ''Napoli''yə 50 milyon avroluq təklif irəli sürməyə hazırlaşır. Bu, Türkiyə futbolu üçün astronomik məbləğ olsa da, ''Napoli''nin bu təklifə razılıq verəcəyi inandırıcı görsənmir. Yayda Neapol klubu nigeriyalı forvard üçün 130 milyon avro tələb edirdi. Qış transfer dönəmi üçün Osimhenin təzminatı 90 milyon avroya endirilib. Gələn yay üçün isə bu məbləğ 75 milyon avroya bərabər olacaq.
''Napoli'' əsasən ''Çelsi'' başda olmaqla İngiltərə klublarından təklif gözləyir. İngilislər Osimhenə maraq göstərməsə, o zaman ''Qalatasaray''ın şansı yarana bilər. Bu arada ''Cim-Bom''un prezidenti Dursun Özbək yayılan şaiyələrə münasibət bildirərək bunları deyib:
“Komandamız uğurlu mövsüm keçirir. Osimhen hazırda bizim oyunçumuzdu və performansından da məmnunuq. Növbəti mövsümü düşünmək üçün önümüzdə hələ çox zaman var. İdarə heyəti olaraq biz camiəni sevindirmək üçün əlimizdən gələni edirik.
Bütün məqamları nəzərə alaraq qərar verəcəyik. Ona görə də Osimhenin daimi transferini indidən gündəmə gətirmək yersizdi. İndi biz sadəcə onun kimi bir futbolçunu Türkiyəyə izlətdirə bildiyimiz üçün memnunuq''.
Bütün məqamları nəzərə alaraq qərar verəcəyik. Ona görə də Osimhenin daimi transferini indidən gündəmə gətirmək yersizdi. İndi biz sadəcə onun kimi bir futbolçunu Türkiyəyə izlətdirə bildiyimiz üçün memnunuq''.
ƏLİ