İtaliyanın "Milan" komandasının futbolçusu Alvaro Morata məşq zamanı başından zədə alaraq, xəstəxanaya aparılıb.
"La Gazzetta dello Sport"a istinadən xəbər verilir ki, məşq vaxtı Strahinya Pavloviçlə toqquşan hücumçu başından xəsarət alıb.
Müayinədən sonra 32 yaşlı oyunçunun zədəsinin ciddi olmadığı aşkarlanıb. Bununla belə, o, noyabrın 9-da A Seriyasının XII turunun "Kalyari" ilə görüşünü buraxa bilər.
Qeyd edək ki, Morata cari mövsüm 12 qarşılaşmada meydana çıxıb və 3 qol vurub.
Mənbə: report.az