Bu həftə Polşa şərq sərhədlərində - Belarus və Rusiya ilə ilk istehkamları quraşdıracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış "Radio Zet" radiosunda danışıb.
Onun sözlərinə görə, “Şərq qalxanı” proqramı çərçivəsində orada ilk istehkamlar tikiləcək. Nazir qeyd edib ki, bu, noyabrın 11-də respublikada qeyd olunan Polşanın Müstəqillik Gününə qədər həyata keçiriləcək.
Müəllif: Arzu