Azərbaycandan Rusiyaya uçan sərnişin təyyarəsinin pilotları səmada lazerlə kor edilməyə çalışılıb. Aviaincident Telegram kanalı hadisə ilə bağlı məlumat yayıb.
Bakuinfo.net xəbər verir ki, məlumatda bildirilir ki, noyabrın 6-da Rusiyanın “İrAero” aviaşirkətinə məxsus Bakı–Nijni Novqorod reysində gözlənilməz vəziyyət yaranıb. Ekipaj enişdən əvvəl pilot kabinəsinə yaşıl lazer işığının yönəldilməsi cəhdindən şikayət edib.
Bu cəhdə baxmayaraq, uçuşun təhlükəsizliyi qorunub və təyyarə təyinat hava limanına təhlükəsiz şəkildə eniş edib.
Qeyd edək ki, buna bənzər hadisə noyabrın 5-də də baş vermişdi. Novosibirskdən Moskvaya uçan bir təyyarənin pilotları da paytaxtın hava limanına enməzdən əvvəl yaşıl lazer işığı ilə hədəf alınmışdı.