AZ

Pezeşkianın Bakiya səfəri təxirə düşdü

İran Prezidenti Məsud Pezeşkian Bakıda keçiriləcək COP29 – Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Konfransına qatılmayacaq.

Musavat.com xəbər verir ki, səfərin ləğv edilməsinin səbəbləri barədə rəsmi məlumat verilməsə də, bu qərarın İranın daxili prioritetləri ilə bağlı olduğu düşünülür.

COP29 çərçivəsində iştirakçı ölkələrin liderləri iqlim dəyişikliyinə qarşı birgə tədbirlərin görülməsi və ekoloji problemlərin həlli yollarının müzakirəsi üçün toplanacaq.

İranın tədbirdə başqa yüksək səviyyəli nümayəndə ilə təmsil olunması gözlənilir. 

 

Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr