AZ

Kamala Harrisin çöküşü: Məğlubiyyətə nə səbəb oldu?

ABŞ-da 60-cı prezident seçkilərində Respublikaçılar Partiyasından keçmiş prezident Donald Tramp və Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harris üz-üzə gəldi. ABŞ-ın 47-ci prezidenti seçilən Tramp seçki yarışına prezident Co Baydenlə başlasa da, sonuncu yarışdan geri çəkildikdən sonra onun yeni rəqibi vitse-prezident Kamala Harris oldu.

Qayanrinfo "Hürriyet"ə istinadən xəbər verir ki, rəqabətli başlayan yarış Kamala Harrisin mühüm ştatları itirməsi və sükuta qərq olması ilə başa çatdı. 

Bayden yayın ortasında yarışdan çəkilmək qərarına gəldikdən sonra Harris prezidentliyə namizədliyə yüksəldi. Belə olan halda Harris Trampla fərqi aradan qaldırmaq üçün dörd aylıq bir prosesi idarə etməli idi. Amma bu prosesi idarə edə bilmədi və hər fürsətdə uğursuzluğa düçar oldu.

İctimaiyyət qarşısına çıxmaqdan qaçdı

Demokrat namizəd heç bir açıqlama vermədi və ilk üç həftə ərzində müsahibə təklifini qəbul etmədi. Demək olar ki, ictimai çıxışlardan qaçan Harris televiziyada ilk müsahibəsində vitse-prezidentliyə namizəd Tim Valzla göründü.

Daxil olan müsahibə təkliflərini nəzərə almayan Harris kampaniya komandasının şüarları və mesajları üzərində nəzarəti ən yüksək səviyyədə saxladı. Bununla belə, Harrisin rəftarından belə görünürdü ki, o, səhv etməkdən qorxur. Eyni zamanda, tənqidçilər Harrisin strategiyası ilə bağlı "ya gizlətmək üçün nəsə olduğunu, ya da siyasətindən əmin olmadığını" bildirirdi.

Aksenti ələ salındı

Trampdan fərqli olaraq Harris qeyri-real bəyanatlar verdi. İctimai yerlərdə "saxta aksent"dən istifadə etdiyi üçün davamlı olaraq tənqid edilən 60 yaşlı Harris təşkil etdiyi mitinqlərdə müxtəlif irqlərin iştirakçılarına görə səsini və tempini dəyişdiyi üçün məsxərəyə qoyuldu.

Harrisin lağ mövzusu olan digər çıxışı isə Pensilvaniya ştatında kilsədə etdiyi çıxışdır. Burada onun çıxışı "din xadimi kimi xütbə vermək" kimi müqayisə edildi.

Miçiqanda keçirdiyi mitinqdə işçilər qarşısında çıxış edən Harris şəhər ləhcəsini təqlid etməkdə günahlandırıldı.

Saxta nəşr

ABŞ-ın 60-cı prezidentlik yarışına podkast janrı öz damğasını vurdu. Tramp Loqan Paul və Teo Von kimi məşhur podkasterlərlə müsahibələrindən milyonlarla yükləmə əldə edərək, onlardan tam effekt aldı. Lakin Harris qadınlar üçün məşhur podkast olan "Call Her Daddy" verilişində çıxış edərək əks reaksiyalar aldı.

Aparıcı Aleksandra Kuperin Qəzzadakı müharibə və qasırğa fəlakətləri ilə bağlı verdiyi sualları zəif görən tamaşaçılar "Harris Z nəslini təsirləndirməyə çalışır" deyərək tənqid etdilər.

Podkaster Co Roqanın şousunda daha da pis oldu. Tramp və vitse-prezident namizədi Ceyms Di Vens Roqanla saatlarla söhbət edərkən, apaıcı Harrisin cəmi 45 dəqiqə səs yazmağa razı olduğunu və Texasdakı studiyasına getməkdən imtina etdiyini bildirdi.

Həqiqətən "McDonald's" çalışıbmı?

Harrisin kampaniyaçıları bildirirdi ki, o, 1983-cü ildə Hovard Universitetindəki birinci kursdan ikinci kursa qədər Kaliforniyadakı bir "McDonald's"da çalışıb. Lakin respublikaçılar bu məlumatı "Adi və zəhmətkeş bir amerikalı kimi göstərmək üçün irəli sürülən uydurma bəyanatdır" adlandırdı.

"New York Times" qəzetinin Harrisin məktəb yoldaşı ilə verdiyi müsahibədə bu məlumatı sübut edəcək heç bir fotoşəkil və ya qeyd yox idi. Bu Harrisin yalan danışması ilə mübahisəyə səbəb oldu.

Harrisin "McDonald's" filialında işləməsi ilə bağlı mübahisələrdən istifadə edən Tramp "McDonald's"ın Filadelfiyadakı filialında çalışaraq böyük rəğbət qazandı. Kartof qızardıb, yemək paylayan Tramp "Hazırda Kamaladən 15 dəqiqə çox işləmişəm" deyərək onu ələ saldı.

"Söz salatı"

Harris tez-tez ona verilən suallara mürəkkəb cavablar verirdi. Nəticəsiz cümlələr quran Harris sadə və başa düşülən cavablar vermədiyi üçün "söz salatı" düzəltməkdə ittiham olundu.

90 dəqiqə davam edən bir görüşdə Harris daxili siyasət və xarici siyasətlə bağlı suallara dəqiq cavab verə bilmədi. Barak Obamanın seçilməsində mühüm rolu olan Demokratlar Partiyasının strateqi David Akselrod Harrisin fəaliyyətini tənqid edərək, onun "çox danışdığını" dedi.

Vədlərin yerinə yetirilməməsi

Harris 2019-cu ildə senator seçiləndə "hidravlik qırılma" yolu ilə təbii qaz hasilatını qadağan edəcəyini bildirmişdi. Bununla belə, 2024-cü il yarışında Harris bu metodun iqtisadiyyat üçün həyati bir tədbir olduğunu dedi.

Harris əvvəlki vəzifəsində cənub sərhədində divar çəkmək istəyən Trampı "antiamerikan" adlandırıb. Lakin immiqrasiya məsələsinin seçicilərə təsir etdiyini başa düşdükdə, sərhəddə pul xərcləyəcəyini vəd etdi.

Aydın
Seçilən
10
qaynarinfo.az

1Mənbələr