AZ

FED uçot dərəcəsini endirib

ABŞ-nin Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) iclasın nəticələrinə görə baza dərəcəsini 0,25 bənd azaldaraq 4,5-4,75 %-ə endirib.

Ölkə.az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumat tənzimləyicinin saytında yayılıb.

Faiz dərəcəsinin endirilməsi gözlənilirdi və uzun müddət dəyişməz qalan faiz dərəcələrinin ardınca ikinci dəfə həyata keçirilib. "FOMC (Açıq Bazar Əməliyyatları üzrə Federal Komitə) öz hədəflərini dəstəkləmək məqsədilə federal fondlar üzrə faiz dərəcəsinin hədəf diapazonunu 0,25 baza bəndi - 4,5-4,75 %-ə endirməyə qərar verdi”, - məlumatda deyilir.

Seçilən
34
13
olke.az

10Mənbələr