AZ

Tramp onu vəzifədə saxlayacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp çox güman ki, ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) rəhbəri Cerom Pauelə səlahiyyət müddətinin qalan hissəsini başa vurmağa icazə verəcək.

Bakupost.az xəbər verir ki, bu barədə CNN bildirib.

Onun məlumatına görə, Tramp hazırda 2026-cı ilin mayında səlahiyyət müddəti başa çatana qədər Pauelli vəzifəsində saxlamağa meyllidir.

Pauell 2018-ci ildə Trampın ilk dövründə FED-ə rəhbərlik edib. Eyni zamanda, Tramp baza faiz dərəcəsini artırdığı üçün Paueli dəfələrlə tənqid edib.

Zaur, BakuPost
Seçilən
44
bakupost.az

1Mənbələr