AZ

FED uçot dərəcəsini endirdi

ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) keçirilən iclasın nəticələrinə əsasən baza faiz dərəcəsini 0,25 faiz bəndi azaldaraq 4,5-4,75 %-ə endirib.

Musavat.com xəbər verir ki, bu qərar barədə məlumat FED-in rəsmi saytında yayımlanıb.

Faiz dərəcəsinin endirilməsi gözlənilən bir addım olub və uzun müddət sabit qalan faiz dərəcələrindən sonra artıq ikinci dəfə həyata keçirilir. Tənzimləyici orqan belə bir qərarın Açıq Bazar Əməliyyatları üzrə Federal Komitənin (FOMC) iqtisadi hədəfləri dəstəkləmək üçün qəbul edildiyini bildirib.

FED qeyd edib ki, ABŞ-da iqtisadi aktivlik davam edir və güclü artım tempi müşahidə olunur. İlin gedişatında əmək bazarında da müsbət dəyişikliklər baş verib, işsizlik səviyyəsi müəyyən qədər artsa da, ümumilikdə aşağı səviyyədə qalır. İnflyasiya isə hədəf olaraq müəyyən edilmiş 2 %-ə yaxınlaşsa da, hələ də bir qədər yüksək qalmaqda davam edir. 

 

Musavat.com

Seçilən
17
1
musavat.com

10Mənbələr