Finlandiya hakimiyyəti NATO-ya Rusiya ilə sərhəddə məlumat toplamaq üçün kəşfiyyat xarakterli dron bazası yerləşdirməyi təklif edib.
APA xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” ictimai yayım şirkəti məlumat yayıb.
Məlumata görə Finlandiya NATO-ya öz bazasını istifadə üçün verməyi təklif edib. Qeyd olunur ki, Finlandiya Hərbi Hava Qüvvələrinin dörd alternativ variantı var və Pirkkala bazası ehtimal olunan yer ola bilər.
“İltalehti” qəzetinin qeyd etdiyinə görə bazada RQ-4D PUA-sının yerləşdirilməsi planlaşdırılır. NATO-nun saytında verilən məlumata görə, belə dronlar 18 km yüksəklikdə uça bilir və onları aşkar etmək çətindir.