Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun iclasında Donald Trampı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib.
Publika.az xəbər verir ki, tədbir Kremlin rəsmi saytı tərəfindən yayımlanıb.
"Fürsətdən istifadə edərək, onu Amerika Birləşmiş Ştatlarının Prezidenti seçilməsi münasibətilə təbrik etmək istərdim. Mən artıq demişəm ki, biz Amerika xalqının etibar edəcəyi istənilən dövlət başçısı ilə işləyəcəyik”, - Putin bildirib.
O xatırladıb ki, Tramp prezident kimi ilk müddətində hər tərəfdən təqiblərə məruz qalıb və o, sola və ya sağa bir addım atıb əlavə söz deməkdən qorxur. Bu baxımdan Rusiya lideri indi nə olacağını və Trampın nə edəcəyini bilmir.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu vəzifə üçün Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi.