AZ

Düşmənə qan udduran şəhid Ruslan Sadıqovun anası DANIŞDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Vətən müharibəsinin tarix yazan şəhidlərindən biri də Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq noyabrın 7-də şəhadətə ucalan Ruslan Sadıqovdur.
2020-ci il noyabrın 6-da Ruslan Şuşadan valideynlərinə zəng edib, sağollaşanda onlardan növbəti zəngini gözləməklərini istəyib. Noyabrın 8-i Azərbaycan xalqı 30 ilə yaxın gözlədiyi şad xəbəri alıb.
Nəhayət, Şuşa azaddır. Ruslan Sadıqovun ailəsi isə qələbə xəbərini ürəkdolusu yaşaya bilməyib. Nə qədər gözləsələr də, ondan nə bir zəng gəlib, nə də bir xəbər. Oğlunun qəhrəmanlığından danışan şəhidin anası Qaragöz Abdullayeva Ruslanın onlara həmişə başucalığı gətirdiyini deyib.
"Şuşa döyüşlərində sona qədər, son nəfəsinə kimi döyüşdü. O bizi yox, Vətəni özünə ana seçdi. Mən bir şeyin həsrətini çox çəkirdim. O, harada vəfat edibsə, həmin vurulduğu yerə getmək istəyirdim. Ruslanın bir iş yoldaşı ilə oğlumun vuruşduğu dağın başına çıxdıq. O uşaq məni həmin yerə çıxarana kimi nələr çəkdi. Təsəvvür edin, o ucqar dağın başına qalxmaq üçün iməklədik. Eyni yerdə eyni dəstənin üzvləri 4 nəfər orada rəhmətə gediblər. Elə bil ki, bu, bir az mənə təsəlli oldu, ürəyim sakitləşdi. Mən onun vurulduğu yerdən bir ovuc torpağını, bir dəstə də gülünü gətirmişəm", - deyə Q.Abdullayeva bildirib.
Ruslan Sadıqov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilb. Döyüş dostlarının dediyinə görə, Ruslan şəhid olmazdan əvvəl iki dəfə "Azərbaycan, Azərbaycan" kəlməsini deyərək gözlərini yumub.
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
55
45
oxu.az

10Mənbələr