AZ

Bayden Trampa söz verdi...

ABŞ Prezidenti Co Bayden son prezident seçkilərindən sonra ABŞ-ın seçki sisteminə güvəndiyini bildirib və səlahiyyətləri dinc yolla yeni dövlət başçısına ötürəcəyinə söz verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, onun sözlərindən "Reuters2 agentliyi sitat gətirib.

Amerika lideri səsvermə zamanı ABŞ vətəndaşlarının etdiyi seçimə hörmətlə yanaşdığını vurğulayıb.

"Mən onu (Tramp) əmin etdim ki, bütün administrasiyamı hakimiyyətin dinc və nizamlı keçidi üçün onun komandası ilə işləməyə yönəldəcəyəm", - Bayden bildirib.

Prezident əlavə edib ki, Amerika xalqı buna layiqdir.

O, seçkidə uduzan Demokrat namizəd Kamala Harrisə kampaniyası ilə "qürur duymalı olduğunu" söyləyib.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Qələbə qazanmaq üçün ən azı 270 seçici səsini toplamaq lazım idi.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ən azı 295 səs toplayıb. Harris artıq məğlubiyyətini etiraf edib.

ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
19
24
milli.az

10Mənbələr