AZ

Neymar meydançaya girərkən qarət edildi

Azarkeşlərdən biri Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun braziliyalı oyunçusu Neymarın üzüyünü oğurlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Arabia Saudita" məlumat yayıb.

Məlumata görə, hadisə Asiya Çempionlar Liqasında İranın "Esteghlal" komandası ilə oyun zamanı baş verib. Neymar meydana daxil olarkən azarkeşlərə əl uzadıb və onlardan biri futbolçunun barmağındakıüzüyü çıxarıb.

Daha sonra isə üzüyü oğurlayan fanat onu 60.000 Səudiyyə riyalı (təxminən 15.000 avro) qarşılığında satışa çıxarıb və reklamda bunun “Neymarın üzüyü” olduğunu göstərir.


Müəllif: Arzu
Seçilən
30
teleqraf.com

1Mənbələr