AZ

Şolts da COP29-a gəlməyəcək

Səbəb kimi Almaniyadakı siyasi böhran göstərilir

Almaniya Kansleri Olaf Şoltsun COP29 iqlim sammitində iştirak etməyəcəyi bildirilir.

Buna səbəb kimi Almaniyada siyasi böhran göstərilir.

Qeyd olunur ki, Olaf Şolts Birləşmiş Millətlər Təşkilatının Bakıda keçiriləcək iqlim danışıqlarının başlanğıcında liderlər sammitində iştirak etməli idi: "Lakin kansler növbədənkənar seçki çağırışından sonrakı bu planı ləğv edib”.

Həmçinin bir neçə gün əvvəl Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin Bakıda keçiriləcək BMT-nin iqlim sammitinə (COP29) gəlməyəcəyi təsdiqlənib.

Avropa Komissiyasının mətbuat xidmətinin bu məlumatından sonra hökumət mediasında Ursula fon der Leyenin əleyhinə silsilə yazılar dərc olunub. Amma Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcəyi bildirilir.

BMT-nin İqlim Dəyişikliyi Konfransı Bakıda noyabrın 11-də başlayacaq və noyabrın 22-dək davam edəcək.
Seçilən
69
50
arqument.az

10Mənbələr