AZ

Bayden hökuməti Trampın andiçməsinə qədər Ukraynaya kömək etməyə davam edəcək

ABŞ prezidenti Co Baydenin administrasiyası Yaxın Şərqdə, Hind-Sakit okean regionunda mövcud xarici siyasətini və səlahiyyət müddətinin sonuna qədər Ukraynaya dəstəyini davam etdirəcək.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Dövlət Departamentinin nümayəndəsi vurğulayıb ki, bu, prezident seçkilərində qalib gələn Donald Trampın yeni administrasiyası gələnə qədər davam edəcək.

Dövlət Departamenti 2025-ci il yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra ABŞ-ın xarici siyasətinin davam edəcəyinə dair heç bir təminat verə bilməz.

Noyabrın 7-də Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib ki, Bayden Kiyevə qalan hərbi yardımının ödənilməsi tempini sürətləndirmək planlarından əl çəkməyəcək.

Həmçinin Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx yaxın həftələrdə Ukraynaya yeni silah tədarükü təşkil ediləcəyini bildirib.

O vurğulayıb ki, Vaşinqtonun Ukraynaya hərbi yardım üçün 6 milyard dollara yaxın vəsaiti qalıb və bu vəsaiti yeni administrasiya gələnə qədər istifadə etməyi planlaşdırır.

Seçilən
38
36
apa.az

10Mənbələr