"Yaxın Şərqdə hərbi əməliyyatlar mümkün qədər tez dayandırılmalıdır".
Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Putinin sözlərinə görə, Rusiya 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunuterror aktı kimi pisləyir, lakin hesab edir ki, indi Fələstin xalqını əziyyətdən xilas etmək lazımdır.
“Biz hərbi əməliyyatları dərhal dayandırmalıyıq. Həm İsrail, həm də Fələstinin bu məsələdə razılığa gəlməsi üçün hər şey edilməlidir ”, - Rusiya lideri vurğulayıb.
Müəllif: Arzu