ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın Vaşinqtonun fikrincə, Xalq Azadlıq Ordusu ilə əlaqəli olan bir neçə Çin şirkətinə investisiyaları qadağan edən fərmanını bir il müddətinə uzadıb.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan ABŞ liderinin bəyanatında deyilir.
Sənəddə qeyd edilir ki, prezident Pekinin öz hərbi, kəşfiyyat və digər təhlükəsizlik orqanlarının inkişafı və modernləşdirilməsi üçün resurs və vəsait təmin etmək məqsədilə ABŞ kapitalından öz xeyrinə istifadə etdiyinə inanır. Bu isə Çinə ABŞ ərazisini və xaricdəki ABŞ qüvvələrini birbaşa təhdid etməyə imkan verir.
Qeyd edək ki, 12 noyabr 2020-ci ildə Tramp amerikalı investorlara Vaşinqtona görə, Çin Xalq Azadlıq Ordusu ilə əlaqəli olan Çin şirkətlərinin qiymətli kağızlarını almağı və satmağı qadağan edən sərəncam imzalayıb. Bu şirkətlərin siyahısını ABŞ Müdafiə Naziri tərtib edir. Pekin bu qərarı tənqid edib. 3 iyun 2021-ci ildə Bayden bu siyahını 48 şirkətdən 59 şirkətə qədər genişləndirib.