AZ

“Çelsi”dən Ermənistan klubuna 8 cavabsız qol - Video

London “Çelsi”si klubu Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunun matçında Ermənistan təmsilçisi “Noa”ı məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, “Stemford Bric” stadionunda keçirilən görüş 8:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Artıq birinci hissədə londonlular altı qol vurub. Müdafiəçi Tosin Adarabioyo 12-ci dəqiqədə, 18 yaşlı hücumçu Mark Giu 13-cü dəqiqədə, digər müdafiəçi Aksel Disasi isə 18-ci dəqiqədə fərqlənib.

Görüşün 39-cu dəqiqədə Mixail Mudrik, 21-ci və 41-ci dəqiqələrdə Jao Feliks dubla imza atıb. Yarımmüdafiəçi Kristofer Nkunku isə 69 və 76-cı dəqiqələrdə komandasının növbəti qollarını vurub.

Qarşılaşmanın qısa icmalını təqdim edirik:

Seçilən
53
2
qafqazinfo.az

3Mənbələr