AZ

Zəfər xronikası. 8 noyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə paylaşım edib (FOTO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il noyabrın 8-də Azərbaycanın Birinci vitse-prezidentiMehriban Əliyeva rəsmi "İnstaqram" hesabında Şuşa şəhərininişğaldan azad edilməsi münasibətilə paylaşım edib.

Trend-in məlumatına görə, paylaşımda deyilir:

"Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinchissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütünhəmvətənlərimizə səmimi təbriklərimi çatdırıram! İllər boyu davametmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpaolunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarınıişğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləriAzərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşındahəmişəlik qalacaq! Azərbaycan torpaqlarının hər qarışının azadedilməsi bizim rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi,dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olur! Vətən naminəcanlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin! Əzizqardaşlar və bacılar!

Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətiləhamınızı bir daha təbrik edirəm. Qoy bizim bütün uğurlarımızın vənailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olanxalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlikAzərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Millihəmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizimPrezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyibacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi vəPrezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!"

Zəfər
Məqalədə:
Seçilən
35
1
az.trend.az

2Mənbələr