AZ

Putin Ukraynanın sərhədlərini mövcud hadisələrin dinamikasına uyğun tanıyacaqlarını bildirib

“Ukrayna sərhədi tarixi torpaqlar hesab etdiyimiz müəyyən bölgələrdə yaşayan insanların suveren qərarlarına uyğun olaraq müəyyən edilməlidir”.

“İki sahil” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. O əlavə edib ki, Ukraynanın sərhədlərini mövcud hadisələrin dinamikasına uyğun tanıyacaqlar.

Soçidə keçirilən Beynəlxalq Valday Diskussiya Klubunun toplantısında çıxış edən Putin, dünya nizamının dəyişmə mərhələsində olduğunu və yaranan nizam üçün ciddi mübarizənin başladığını bildirib, yeni dünya nizamında hegemonluğun qəbuledilməz olduğunu vurğulayıb.

Rusiyanın tarixində dəfələrlə dünyaya hakim olmağa çalışanların qarşısını aldığını bildirən Putin, bundan sonra da belə davam edəcəyini bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
55
ikisahil.az

1Mənbələr