“Mançester Yunayted” avrokuboklarda qələbəsiz seriyasına son qoyub.
“Qafqazinfo”nun məlumatına görə, “qırmızı şeytanlar” Avropa Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində qəbul etdiyi Yunanıstan PAOK-unu 2:0 hesabı ilə məğlub edib.
“Old Trafford”da keçirilən matçda hər iki qolun müəllifi 50 və 77-ci dəqiqələrdə Amad Diallo olub.
“Mançester Yunayted” 380 gündür ki, avrokuboklarda qələbə qazana bilmirdi.
Klub Avropada sonuncu dəfə 2023-cü il oktyabrın 24-də Danimarka “Kopenhagen”inə qalib gəlib (1:0).
Qeyd edək ki, İngiltərə nəhəngi dörd turdan sonra altı xalla Avropa Liqasının turnir cədvəlində 15-ci yerdədir.