Türkiyədə özəl bir xəstəxanada Sevde - Mustafa Talat Güllüce cütlüyünün əkiz uşaqları dünyaya gəlib. Doğuşdan təxminən 5 saat sonra əkizlərdən birinin ürəyi dayanıb. Övladlarını qucağında sağlam tutduqlarını, sevdiklərini və əmizdirdiklərini bildirən ailə əkizlərindən birinin səhlənkarlıq ucbatından öldüyünü iddia edərək xəstəxananı şikayət edib.
News24.az NTV-yə istinadən xəbər verir ki, hadisədən sonra xəstəxanada əlaqə saxlayacaq şəxs tapa bilmədiklərini və uşağın ölümünün dəqiq izah edilmədiyini bildirən ata deyib:
“Uşaq saat 15:00 radələrində dünyaya gəldi. Saat 17:00-a qədər anasının yanında olub və heç nəyi yox idi. Sonra bir neçə iniltiyə görə dedilər ki, uşağı reanimasiyaya aparaq. Gəlin ona orada bir az oksigen verək. "Uşağın həyatı üçün təhlükə yoxdur" dedilər. Bir saatdan sonra dedilər ki, uşaq əziyyət çəkir, sadəcə müşahidə üçün başqa xəstəxanaya köçürəcəyik. Bundan sonra daşıma prosesi başlayıb".
Yarım saat sonra həkimin onu çağırdığını və uşağın ürəyinin dayandığını deyən ata, "Ürəyinin niyə dayandığını soruşdum. O, mənə "Bilmirik, ciyərlərinə nəsə girmiş ola bilər" deyə cavabladıqlarını bildirib.
Acılı ata övladının ölümü ilə bağlı heç bir düzgün izahat verilmədiyini və səhlənkarlıqdan şübhələndiyini iddia edib.
Günel Məlikzadə