AZ

Putin Lukaşenko vasitəsilə Trampa mesaj verdi

Tramp Putinlə dil tapan liderlərdən biridir və o, Baydenin siyasi xəttini davam etdirməyəcək. Trampın əsas hədəfi Çin olacaq. Putinin ən yaxın müttəfiqi Lukaşenkonun ABŞ prezidentini qələbə münasibəti ilə təbrik etməsi isə mesaj kimi qəbul edilə bilər.

Bu sözləri Axar.az-a konfliktoloq Elman Vəliyev Aleksandr Lukaşenkonun Putindən əvvəl Trampı qələbə münasibətilə təbrik etməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, Lukaşenkonun bu təbrikində ABŞ və Rusiya arasında vasitəçilik missiyasına cəhd hiss edilir:

“Bu baxımdan Putin və Tramp arasında vasitəçi kimi Lukaşenkonu görə bilərik. Hər halda Lukaşenkonun Putindən xəbərsiz ABŞ-la müstəqil siyasət yürütmək istəyində olduğunu iddia etmək inandırıcı deyil. Yeri gəlmişkən, Putinin Lukaşenkodan bir gün sonra Trampı təbrik etməsi də təsadüf deyil".

Seçilən
26
1
axar.az

2Mənbələr