AZ

"Qarabağ"ın qələbəsində həlledici "rəqəmlərin" MÜHARİBƏ İLƏ ŞOK ƏLAQƏSİ ÜZƏ ÇIXDI - FOTO

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 4-cü tur matçına çıxıb.

Titul.az xəbər verir ki, Ağdam klubu səfərdə Norveç "Bodo Qlimt"i ilə qarşılaşıb. Görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandamızın heyyətində qolları 27 nömrəli futbolçu Toral Bayramov və Ağdam təmsilçisinin 10 nömrəsi Abdullah Zubir vurub.

Bu vacib qələbə ilə "Qarabağ" Liqa mərhələsində ilk xallarını qazanıb.

Qeyd edək ki, komandamızın qələbəsi 44 günlük İkinci Qarabağ müharibəsinin 4-cü Zəfər günündə gerçəkləşib. Ən qəribəsi isə odur ki, 44 günlük müharibə 27 sentyabrda başlamışdı, bu günki oyunda ilk qolu 27 nömrəmiz (Toral Bayramov) vurdu. Müharibə 10 notyabrda isə Zəfərimizlə yekunlaşmışdı ki, Zəfər bayramı günündə qələbə qolunu da 10 nömrə Zubir vurdu. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
76
1
titul.az

8Mənbələr