ABŞ Müdafiə Nazirliyi (Pentaqon) prezident seçilmiş Donald Trampın yeni administrasiyasına nizamlı keçidi təmin etməyə və bütün qanuni əmrlərə əməl etməyə hazırdır.
“İki sahil”in məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
O, yeni Tramp administrasiyasına sakit, nizamlı və peşəkar keçid olacağını sirkulyarda qeyd edib: “ABŞ ordusu həmişə olduğu kimi, növbəti baş komandanının siyasət üstünlüklərini həyata keçirməyə və tələblərə əməl etməyə hazır olacaq, bütün qanuni əmrlər mülki komandanlıq zəncirindən gəlir”.
Ostin sirkulyarda həmçinin bəyan edib ki, ABŞ ordusu siyasi arenadan kənarda qalmağa davam edəcək, ölkəni prinsipial və peşəkarlıqla qoruyacaq, müttəfiqləri və tərəfdaşları ilə birgə hərəkət edəcək.
Məhərrəm Ağalaroğlu, “İki sahil”