AZ

Galant: "İsrail ordusunun Qəzzada qalması üçün heç bir səbəb yoxdur"

İşdən çıxarılan Galant ordunun hələ də Qəzza zolağında saxlanmasını Netanyahunun təkidliliyi ilə əlaqələndirib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki,  İsraildə vəzifəsindən uzaqlaşdırılan keçmiş müdafiə naziri Yoav Gallant əsirlərin yaxınlarına bildirib ki, ordunun Qəzzada qalması üçün heç bir səbəb yoxdur.

Belə ki, əsir yaxınları ilə görüşən Galant ordunun Qəzzada qalması heç bir səbəb olmadığını bildirərək Netanyahunu sərt formada tənqid edib:

"Mən sizə deyə bilərəm ki, bu, təhlükəsizliklə bağlıdır. Mən və tabeçiliyimdə olan hər kəs bildirib ki, orada qalmaq mənasızdır".

Əli Hüseynov

 

Seçilən
13
bakivaxti.az

1Mənbələr