UEFA Avropa Liqasının liqa mərhələsində Amsterdamda yerli “Ayaks” və Təl-Əvivin “Makkabi” komandalarının görüşü zamanı insident baş verib.
KONKRET.az xəbər verir ki, stadiona toplaşan bir qrup fələstinli İsrail azarkeşlərinə hücum edib. Nəticədə qarşıdurma baş verib və 10 nəfərdən çox İsrail azarkeşi yaralanıb. Hiderland hakimiyyəti insanları milli simvolları nümayiş etdirməkdən çəkinməyə və mümkünsə evdə qalmağa çağırıb.
Üzlərini maskalarla gizlədən hücumçular Fələstinin azadlığı ilə bağlı şüarlar səsləndiriblər. Zərərçəkmiş israillilərdən bəzilərinin pasportlarının oğurlandığı da bildirilir.
Vəli Həsənoğlu,
KONKRET.az