Yaponiyada qəza səbəbindən ilişib qalan “Spectrum of the Seas”kruiz gəmisində təmir işləri başa çatıb.
KONKRET.az xəbər verir ki, göyərtəsində yüzlərlə insanın olduğu gəmi artıq Yokohama limanını tərk edib.
Məlumatda bildirilir ki, gəmi limandan Bakı vaxtı ilə 06:30-da çıxıb və Şanxaya gedir. Layner Şanxaya noyabrın 11-i səhər tezdən çatacaq. Bəzi turistlərin tranzit vizalarının müddəti başa çatsa da, problem aradan qaldırılıb.
Vəli Həsənoğlu,
KONKRET.az