AZ

Azərbaycanın tələbi ilə Ermənistan Aİ-nin müşahidə missiyasını ölkədən çıxaracaq - “Hraparak”

Ermənistan hakimiyyəti Azərbaycanın daha bir tələbini yerinə yetirmək və Avropa İttifaqı (Aİ) müşahidəçilərinin Ermənistandakı missiyasının müddətini uzatmamaq niyyətindədir. 

Missiya.Az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Bildirilib ki, Bakının İrəvandan sülh müqaviləsi bağlamaq üçün tələblərindən biri də Aİ-nin müşahidə missiyasının Ermənistandan çıxarılmasıdır.

Qeyd edək ki, Aİ-nin müşahidə missiyası Ermənistana 2023-cü ildə iki il müddətinə gəliblər və onların missiyasının müddəti 2025-ci ilin fevralında başa çatacaq. Əgər İrəvan hakimiyyəti müqavilənin uzadılması üçün ərizə təqdim etməsə, missiya başa çatacaq. 

Daşqın HəsənovMissiya.Az

Seçilən
20
missiya.az

1Mənbələr