HƏMAS bu gün İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi iki hücumda 42 fələstinlinin həyatını itirdiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, HƏMAS-ın verdiyi yazılı açıqlamada İsrail ordusunun Qəzza zolağının şimalında başda olmaqla Fələstin xalqına qarşı hücumların davam etdirdiyi bildirilib.
İsrailin Qəzzada dinc əhaliyə qarşı həyata keçirdiyi son hücum məcburi köçkünlərin Şati Qaçqınlar Düşərgəsində sığındığı məktəbdə baş verib. Bu hücunda 12 nəfərin həyatını itirdiyi qeyd edilib.
İsrail ordusunun Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsinə də hücum etdiyi bildirilib.
“Cibaliya” qaçqınlar düşərgəsindəki bir evin bombalanması nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 30-dan çox mülki şəxsin həlak olduğu bildirilib.