Xəbər verdiyimiz kimi, ötən günlərdə klinikalarda saxta diplomla işləyən həkimlərlə bağlı məlumat və məlumatın yer aldığı siyahı yayılıb.
KONKRET.az xəbər verir ki, sözügedən siyahıda yer alan həkimlərdən biri də Nigar Rüfətdir və o, baş verən qalmaqallarla bağlı açıqlama verib. N. Rüfət “Laser Beauty Clinic” də fəaliyyət göstərir.
O açıqlamasında qeyd edib ki, iddialar əsassızdır:
“Haqqımda yazılan əsassız xəbərlərin sifarişlə olunduğu açıq aydın məsələdir.
Kommentlərdə məni uzaqdan (sosial şəbəkədən) tanıyanlar və ya məni sevməyən kütlə heyterlər (saxta profillər) əsassız olaraq barəmdə işim və ya şəxsi həyatım haqqında fikir bildiriblər.
Məni tanıyan, yanımda olan pasientlərim və izləyicilərim isə tərəfimi saxlayıblar.
İlk öncə heç vaxt aldığım təhsilləri gizlətməmişəm, açıq şəkildə paylaşmışam. Tibbi təhsilimi – diplomumun Azərbaycanda təsdiqini də o gün paylaşdım.
Getdiyim beynəlxalq seminarları da, öz üzərimdə nə qədər çalışdıdığımı, əl işlərimi də hər biriniz görürsünüz.
Mənə dəstək olan, bayaqdan durmadan zəng edən hər kəsə çox təşəkkür edirəm. Kommentlərdə tərəfimi saxlayan izləyicilərimə də ayrıca minnətdaram. Yaxşı ki varsınız”./ajansaz