Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunun ən yaxşı qolu adına namizədlər elan edilib.
“Qafqazinfo” xəbər verir ki, namizədlər arasında “Qarabağ”ın futbolçusu Toral Bayramov da yer alıb.
O, dünən “Budo Qlimt”lə səfər matçında uzaq məsafədən baxımlı qol vurub. “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə nəticələnən qarşılaşmada məhz Toral hesabı açıb.
Bayramovdan əlavə “Qalatasaray”dan Yunus Akgün, “Ayntraxt”dan Omar Marmuş və “Ludoqorets”dən Erik Markusun qolları da namizədlər sırasındadı.
Qeyd edək ki, qalib UEFA-nın saytında keçirilən səsvermədən sonra müəyyənləşəcək.