Belçikalı qapıçı Tibo Kurtua İspaniyanın "Real" klubundan ayrıla bilər.
Bakıvaxtı.az-ın "Defensa Central"a istinadən məlumatına görə, Fransa təmsilçisi PSJ 32 yaşlı qolkiperi transfer etmək istəyir.
Paris klubu Canluici Donnarummanın çıxışından razı qalmadığı üçün daha təcrübəli qapıçı axtarmağa başlayıb. Bu səbəbdən Fransa klubu "Real"ın əsas qolkiperi üçün istənilən məbləği ödəməyə hazırdır. İspaniya klubunun isə təcrübəli oyunçuya yeni müqavilə təklif etmək niyyətində olduğu bildirilib.
Qeyd edək ki, belçikalı qapıçı 2024/2025 mövsümündə "Real"ın heyətində 12 oyun keçirib. O, bu müddətdə 10 qol buraxıb, dörd matçda isə qapısını toxunulmaz saxlamağı bacarıb.