Şuşa. Trend:
8 noyabr - Zafər günü münasibətilə Şuşa şəhərində yürüşükeçirilib.
Trend xəbərverir ki, ərazidə xidmət edən N saylı hərbi hissənin şəxsiheyətinin iştirak etdiyi parad hərbi orkestrin sədaları iləmüşayiət olunub.
Şəhərin mərkəzindən başlayan bayram yürüşünə yerli ictimaiyyətnümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, o cümlədəngənclər və tələbələr də iştirak edir. Zəfər yürüşü Şuşa şəhərininzəfər meydanında başa çatıb.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlıqüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavabolaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılanəks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsitəxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzünbərpası ilə nəticələndi.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı"Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında"sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.