Bakı. Trend:
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 8 Noyabr Zəfər Günümünasibətilə Azərbaycanı təbrik edib.
Trend xəbərverir ki, bu barədə diplomat "X" sosial media hesabında paylaşımedib.
"Bu gün 44 günlük vətən müharibəsinin şanlı qələbə ilətaclandığı gündür. Bu gün üçrəngli bayrağın azad Qarabağın ən ucazirvələrində dalğalandığı gündür. Bu gün minarələrdən yüksələn“Allahu Əkbər” sədalarının azad Qarabağda əks-səda verdiyi gündür.Qardaş Azərbaycan xalqını 8 Noyabr Zəfər Günü münasibəti iləürəkdən təbrik edir, bu şanlı qələbədə şəhid olan bütünqəhrəmanlara uca Allahdan rəhmət, yaxınlarına ve döyüş yoldaşlarınabaşsağlığı verir, veteranlara cansağlığı uzun və sağlam ömürarzulayıram. Qələbən mübarək olsun qardaşım", - deyə paylaşımdabildirilib.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlıqüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavabolaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılanəks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsitəxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzünbərpası ilə nəticələndi.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı"Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında"sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.