AZ

FED sədri: "Tramp istəsə də, vəzifəmi tərk etməyəcəyəm"

FED sədri Jerom Pauel faiz qərarından sonra verdiyi açıqlamada, "ABŞ-dəki prezident seçkilərinin yekun nəticələrindən asılı olmayaraq yaxın vaxtlarda həyata keçirdiyimiz pul siyasəti ilə bağlı qərarlarımıza heç bir təsiri olmayacaq" deyib. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədri Jerom Pauel bəyan edib ki, ABŞ prezident seçkilərinin nəticələri pul siyasəti qərarlarına heç bir təsir göstərməyəcək.

Bu gün ABŞ Federal Ehtiyat Sistemi mətbuat konfransı keçirərək ABŞ-də keçirilən seçkilərdən sonra ilk faiz qərarını açıqlayıb. 

FED bazar proqnozuna paralel olaraq pul siyasəti faizini 0,25 faiz bəndi azaldıb. Qərarla ölkədə siyasət faizi 4,50-4,75 faiz aralığına endirilib.

Mətbuat konfransında noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərinin nəticələri və iqtisadiyyata təsiri ilə bağlı sualı cavablandıran Pauel " ABŞ-dəki prezident seçkilərinin yekun nəticələrindən asılı olmayaraq yaxın vaxtlarda həyata keçirdiyimiz pul siyasəti ilə bağlı qərarlarımıza heç bir təsiri olmayacaq" deyib.

İqtisadiyyata təsir edən bir çox faktorun olduğunu və hər hansı bir siyasət dəyişikliyinin zamanını və məzmununu, dolayısıyla iqtisadiyyata təsirini, xüsusilə də maksimum məşğulluq və qiymət sabitliyi hədəflərinə çatmaqda nə qədər əhəmiyyətli olacağını bilmədiklərini deyən Pauel bildirib ki, "Biz proqnozlar vermirik, spekulyasiya etmirik, fərziyyələr irəli sürmürük".

"ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın bəzi müşavirləri hesab edir ki, siz istefaya getməlisiniz. Əgər o, sizdən getməyinizi istəsə, gedərdiniz?" suala Pauel “Xeyr”, - deyə cavab verib.

Pauel, qanuni olaraq ayrılmasının tələb olunmadığını vurğulayaraq, prezidentin FED-də rəhbər vəzifədə olan hər kəsi işdən çıxarmasına qanunla icazə verilmədiyini qeyd edib.

Trampın FED-in müstəqilliyinə təsiri ilə bağlı narahatlıqlar barədə suala cavab olaraq, Pauel siyasi mövzulara dərindən girməyəcəyini söyləyib.

Seçilən
17
cebheinfo.az

1Mənbələr