"Tesla" ucuz elektrikli avtomobil buraxmaq planından imtina edib.
İqtisadiyyat.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Şirkət bir neçə il əvvəl elan etdiyi 25 min dollar dəyərində avtomobil yaratmaq planını ləğv edib. Söhbət insan tərəfindən idarə olunan elektromobildən gedir.
Qeyd edək ki, oktyabr ayında "Tesla" iki yerlik robotaxi prototipi olan "Cybercab"ı təqdim edib.
Gözəl Həşimova