Albaniyanın paytaxtı Tirananın mərkəzində 8 noyabr – Zəfər Gününə həsr olunmuş lövhələr quraşdırılıb.
Bakupost.az xəbər verir ki, bununla bağlı Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Tirananın mərkəzi meydanında və bütün mərkəzi küçələrində quraşdırılan lövhələrdəki Zəfər Günü təbrikinə görə dost Albaniyaya dərin minnətdarlığımı bildirirəm!”, - diplomat yazıb.