ABŞ Federal Ehtiyat Sistemi (FED) gözləntilərə uyğun olaraq faiz dərcəsi ilə bağlı qərarını açıqlayıb.
Ölkə.Az xəbər verir ki, FED faiz dərəcəsini 25 bənd azaldıb.
FED-dən verilən açıqlamada sözügedən qərarın yekdilliklə qəbul edildiyi bildirilib.
İlin əvvəlindən bəri əmək bazarı şərtlərinin ümumiyyətlə yüngülləşdiyi, işsizlik nisbətinin artdığı, lakin aşağı səviyyədə qalmağa davam etdiyi vurğulanıb.
İnflyasiyanın 2 faizlik hədəfə doğru irəliləməsinə baxmayaraq, bir qədər yüksək olaraq qaldığı qeyd edilib.
Bankın açıqlamasında hədəfləri dəstəkləmək üçün federal fondların faiz dərəcəsinin 25 baza bəndi azalaraq 4,50-4,75 faiz aralığına salınmasına qərar verildiyi bildirilib.
Mürtəza
Ölkə.Az