AZ

Müdafiə və Xarici İşlər nazirliklərinin yeni rəhbərləri təyin edildi

Knesset (parlament) İsrael Katsın yeni müdafiə naziri, Gideon Saarın isə yəhudi dövlətinin XİN rəhbəri təyin olunmasını təsdiqləyib.

Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Məlumatda qeyd olunub ki, parlamentin iclası Baş nazir Benyamin Netanyahunun əvvəlki müdafiə naziri Yoav Qalantın istefası barədə qərarının noyabrın 7-də qüvvəyə minməsindən dərhal sonra başlayıb. Knesset hökumətdəki dəyişiklikləri təsdiqləyib.

Nəşrin məlumatına görə, yeni nazirlərin təyin olunmasını 58 deputat dəstəkləyib, müxalifət səsverməyə qatılmayıb.

Həmçinin Sağçı Dövlətçilər Yeni Ümid Partiyasından olan deputat Zeev Elkin İsrailin şimal və cənub rayonlarının bərpasına cavabdeh olacaq maliyyə naziri vəzifəsinə təsdiq edilib.

Seçilən
23
medianews.az

1Mənbələr