Bakı. Trend:
4 il əvvəl - 2020-ci il noyabrın 8-də Müzəffər Ordumuz Şuşaşəhərini işğaldan azad edərək şanlı tarix yazdı.
Bunu Trend-ə MilliMəclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Şuşanın 28 illik erməni işğalından azadedilməsi Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəmqələbələrindən biri oldu və məhz Şuşanın azad olunmasından sonraermənilərin müqaviməti tamamilə qırıldı və kapitulyasiya ilərazılaşdılar.
“Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsində tarixizəfərimizi şərtləndirdi. Şuşa əməliyyatı dünya hərb tarixində misligörünməmiş bir əməliyyat idi. Şuşanın hansı şəraitdə, əsgər vəzabitlərimizin hansı əziyyətlərı bahasına, şəhidlərimizin qanı,canı hesabına, yüksək peşəkarlıq və dəqiqliklə hazırlanmışəməliyyat planı nəticəsində azad edildiyinin şahidi olduq.
Qəhrəman oğullarımız nə qədər çətin bir tapşırığı uğurla yerinəyetiriblər. Bəlkə də əvvəlcədən desəydilər ki, Şuşanı bu cür azadedəcəyik heç kim bu əməliyyatın mümkünlüyünə inanmazdı, ancaq şanlıordumuz mümkünsüzü mümkün etdi və bu gün dünya hərbi ekspertləriŞuşa əməliyyatını araşdırırlar çünki bu əməliyyat hər kəsi təəccübiçində qoyub. Ona görə də Şuşanın azad olduğu gün, 8 noyabrtariximizə qızıl hərflərlə yazıldı.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham ƏliyevVətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizimişimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzindərəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi.Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığaçevrildi”, - deyə deputat əlavə edib.
A.Həsənova vurğulayıb ki, xalqımızın qüdrətinin və milliqürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə AzərbaycanPrezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi.
“Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyətinəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci ilyanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandanİlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclüstrateq bacarığı, zərgər dəqiqliyi ilə müəyyən etdiyi strategiya vədoğru hədəfə yönəlmiş siyasəti nəticəsində xalqımız bu qələbəyənail oldu. Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa vəquruculuq işləri sürətlə və yüksək keyfiyyətlə davam edir,soydaşlarımız öz doğma torpaqlarına geri dönürlər”, - deyə deputatəlavə edib.