AZ

Səbirsizliklə gözlənilirdi: Fed faiz qərarını açıqladı

ABŞ Federal Ehtiyat Sistemi (FED) noyabr ayında siyasət faizini 25 bənd azaldaraq 4,75 faizə endirib.

Turkustan.az xəbər verir ki, FED-dən verilən açıqlamada sözügedən qərarın yekdilliklə qəbul edildiyi bildirilib. Bəyanatda bildirilir ki, son göstəricilər iqtisadi fəallığın möhkəm templə genişlənməyə davam etdiyini göstərir.

Bəyanatda ilin əvvəlindən bəri əmək bazarı şərtlərinin ümumiyyətlə yüngülləşdiyi, işsizlik nisbətinin artdığı, lakin aşağı səviyyədə qalmağa davam etdiyi vurğulanıb.

Açıqlamada, inflyasiyanın 2 faizlik hədəfə doğru irəliləməsinə baxmayaraq, bir qədər yüksək olaraq qaldığı ifadə edilərək, "Komitə məşğulluq və inflyasiya hədəflərinə çatmaq üçün risklərin təxminən tarazlaşdırıldığını qiymətləndirir."

Bankın açıqlamasında, hədəfləri dəstəkləmək üçün federal fondların faiz dərəcəsinin 25 baza bəndi azalaraq 4,50-4,75 faiz aralığına salınmasına qərar verildiyi bildirilib.

2020-ci ilin mart ayında yeni növ koronavirus (Covid-19) epidemiyasının iqtisadi təsirləri ilə bağlı narahatlıqlar səbəbindən FED siyasət faiz dərəcəsini 0-0,25 faiz aralığına endirib və monetar ekspansiya həyata keçirib.

Aktiv alış əməliyyatını tamamlayan və ölkədə artan inflyasiya fonunda 2022-ci ildə faiz artırmağa başlayan FED, 2022-ci ilin mart ayından etibarən faiz dərəcələrini 11 dəfə artıraraq, cəmi 525 baza bəndi artırıb. Bu artımlarla bankın siyasət faizi 2001-ci ildən bəri ən yüksək səviyyə olan 5,25-5,50 faiz aralığına yüksəlib.

Siyasət dərəcəsini sonuncu dəfə 2023-cü ilin iyul ayında 25 baza bəndi artıran Fed, ardıcıl 8 iclasda faiz dərəcəsini dəyişməz olaraq, cari diapazonda sabit saxlanıb.

Nəhayət, sentyabr ayında FED son 4 ildə ilk dəfə siyasət faizini endirib və 50 baza bəndi azaldaraq 4,75-5,00 faiz aralığına endirdi.

ABŞ-da inflyasiya 2022-ci ilin iyununda illik 9 faizlə 1981-ci ildən bəri ən yüksək səviyyəyə çatdıqdan sonra sonuncu dəfə sentyabr ayında illik bazda 2,4 faiz olaraq qeydə alınıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
7
turkustan.az

1Mənbələr