Neymar növbəti bəxtsizliklə üzləşib.
“Əl-Hilal”ın hücumçusu yenidən zədələnib. Hadisə Asiya Çempionlar Liqasının “Əl-Hilal” - “İstiqlal” (İran) oyunu zamanı baş verib. Matç ərəblərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna 57-ci dəqiqədə daxil olan Neymar 86-cı dəqiqədə zədə alaraq meydanı tərk etməli olub.
Xatırladaq ki, Neymar milli komandada aldığı ağır zədəyə görə bir ildən artıq yaşıl meydandan kənarda qalıb. O, yalnız oktyabrın 21-də Asiya Çempionlar Liqasının “Əl-Əyn”lə oyununda uzun müddətdən sonra futbola qayıtmışdı. Məlumata görə, bu dəfə aldığı zədə səbəbindən daha bir ayyarım oynaya bilməyəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta